Şamaxı rayonu Kələxana kəndi yaxınlığında vaxtıyla Sufi türbələri adlandırılan XVII əsrə aid Məqbərə kompleksi yerləşir. Əvvəldən türbələrin sayı 9 idi, lakin onlardan biri demək olar ki tamamilə dağılmışdır, hazırda isə yalnız 8 türbə qalıb.
Türbələr ağ daşdan hörülmüş 8 üzlü prizmayabənzər divarları və 8 bucaqlı piramidayabənzər günbəzləri olan tikililərdir.
Bəzi türbələrin girişində üzərində ərəbcə yazısı olan lövhəciklər də var. Lövhəciyin birində kompleksin 1663-cü ildə inşa edildiyi qeyd olunub.
Bura foto-çəkiliş üçün gəlməyin ən məsləhətli mövsümü yazdır ― yaşıl, hündür otlar bitən vaxt. İlin başqa fəsillərində isə burdakı mənzərə solğun səhralığa çevrilir. Azərbaycan 2016