Qrız

 
İlk dəfə Qrız kəndində 2014-cü ildə olmuşam. Qızmar yay günü idi. Biz düşərgə saldığımız Çayqovuşandan (Elikçayla Qudyalçayın qovuşduğu yer) Qrıza və ordan “99 dolama” adlı cığırla Cek kəndinə getməyi planlaşdırırdıq. O vaxtı Qrızda 15 dəqiqədən çox qalmadıq, yolu soruşub kəndi tərk etmişdik…

Qrıza növbəti səfərim qışın soyuq gününə təsadüf etdi. Açıq səma və parlaq ulduzlar altında qardan örpək örtmüş kənd qarşımda idi..

Qrız kəndi

Bu cür hava şəraiti inanılmaz kadrlar çəkməyə imkan verdi. VIII əsrin Əbu Müslim məscidini, Qafqaz dağlarının üstündə ulduzların hərəkətini çəkməyə nail oldum.

IMG_9251-bb

IMG_9279-копия

Sübh tezdən Qudyalçayın kiçik qolunda yerləşən donmuş şəlaləyə getdik. Bizi qonaq edən ev yiyəsinin gənc oğlu ¬– Ramin, bizə bələdçilik edirdi. Sübh çağı, açıq səma və –15°C dərəcə şaxta —hər zaman çox gözəl rənglər deməkdir.

IMG_9296-копия

Şəlalə təzəlikçə donmuşdu. Onun ətəyində olan buz çox nazik idi və mən ora yaxınlaşanda məni saxlaya bilmədi.

IMG_9317-ng

IMG_9339

Şəlalə sanki mağaranın içində yerləşir.

IMG_9383-копия

IMG_9415-копия

IMG_9439-копия

Geri qayıtdıqdan sonra yerli camaatla söhbət etdik və az sonra kəndi tərk etdik. Qrızdəhnə kəndinə qədər piyada getməli idik. Çünki, gələndə, dərin qara görə maşını orda saxlamışdıq, Qrıza isə bizi bir kənd sakini təkərləri zəncirlənmiş UAZ-la gətirmişdi.

Qrız kəndinin özünəməxsus gözəlliyi var. Yol çətin olduğundan qonaqlar bura gec-gec gəlir, lakin kənd sakinləri onları həmişə sevinclə qarşılayırlar. Qrızda yalnız bir gün qaldım və anladım ki, onun gözəlliyini görmək üçün bəlkə bir ay da yetməz…

Mütləq çalışacağam ki, bura bir daha gəlim.